2026-cı ildə iyirminci əsr Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, Xalq şairi, tanınmış dramaturq və ictimai xadim, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Səməd Vurğunun (Səməd Yusif oğlu Vəkilovun) 120 illiyi tamam olur.
"Unikal" xəbər verir ki, Xalq şairi Səməd Vurğunun 120 illiyi respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlərlə qeyd olunur.
Mayın 26-da kinorejissor, ssenarist, sənədli kino ustası, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Ziya Şıxlinskinin Xalq şairi Səməd Vurğunun xatirəsinə ekranlaşdırdığı “Səməd Vurğun - 80” və Xalq yazıçısı Yusif Səmədoğlunun xatirəsinə ekranlaşdırdığı “Yadıma düşdü” filmlərinin təqdimat mərasimi olub.
Qazax Rayon İcra Hakimiyyətinin, Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən təqdimat mərasimində Xalq şairinin və Xalq yazıçısının həyat və yaradıcılığından söz açılıb, dəyərli ziyalılarımızın ünvanlarına səmimi ürək sözlərini səslənib.
Qazax Ədəbiyyat Muzeyində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, kinorejissor, Əməkdar incəsənət xadimi Ziya Şıxlinski, ziyalılar, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, təhsil, mədəniyyət işçiləri, KİV nümayəndələri iştirak ediblər.
“Səməd Vurğun - 80” və “Yadıma düşdü” filmləri nümayiş etdirilib. Tədbirə toplaşanlar hər iki filmi izləyərək ürək sözlərini səsləndiriblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, qarşıdan gələn bayramlar münasibətilə səmimi ürək sözlərini bölüşüb. Rayon rəhbəri bildirib ki, Respublika Prezidenti İlham Əliyevin Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında 23 fevral 2026-cı il tarixli Sərəncamı qazaxlılara, sənətkarın ruhuna ehtiram, eyni zamanda, xalqın mənəvi mirasına, mədəni irsinə diqqətin, dəyərin təcəssümüdür.
BDU Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, dosent Məmməd Yusifov, filialın Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, filmlər haqqında səmimi ürək sözlərini dilə gətiriblər. Xalq şairi Səməd Vurğunun, eləcə də Xalq yazıçısı Yusf Səmədoğlunun həyat və yaradıcılığının gələcək nəsillərə, şair və yazarlara çatdırılmasında belə ekran əsərlərinin mühüm əhəmiyyət daşıdığını, əsl töhfə olduğunu qeyd ediblər.
Əməkdar incəsənət xadimi Ziya Şıxlinski çıxış edərək tədbir iştirakçılarını salamlayıb, ona göstərilən səmimi münasibətə, qonaqpərvərliyə, əməyinə verilən qiymətə, ünvanına səslənən xoş sözlərə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Gənc Aşıq Samir Cəlaloğlu Xalq şairi Səməd Vurğunun “Dağlar”, Aşıq Saqif Məzəmli isə şairin “Ala gözlər” şeirini saz ifasında səsləndiriblər.













.jpg)






.jpeg)











.jpg)
















.jpg)




.jpg)


