İyunun 7–13-də Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatı keçiriləcək.

Bu barədə "Unikal"a Atçılıq Federasiyasından məlumat verilib.

Bildirilib ki, turnirdə Asiya, Avropa, Afrika və Cənubi Amerikanı təmsil edən ölkələrin milli komandaları iştirak edəcək.

Çempionatda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Polşa, Nigeriya, Niger, Çili, Uruqvay və Küveyt komandaları mübarizə aparacaq. Dünya çempionatı çövkən ənənələrinin beynəlxalq səviyyədə tanıdılması, idman əlaqələrinin inkişafı və qədim atüstü oyunun dünya miqyasında təşviqi məqsədi daşıyır.

“Yarış həftəsi ərzində tamaşaçıları yüksək rəqabət, milli ənənələr və unudulmaz idman atmosferi gözləyir”, - deyə məlumatda vurğulanıb.