ABŞ prezidenti Donald Tramp İranla razılaşmanın olmamasının daha böyük miqyasda yenidən döyüşlərə səbəb olacağını bildirib.

"Unikal" xəbər verir ki, o, bu barədə "Truth Social" sosial media hesabında yazıb. 

“Hər kəs üçün yaxşı bir razılaşma mütləqdir, əgər razılaşma yoxdursa, biz cəbhə xəttinə qayıdacağıq və döyüşlər yenidən başlayacaq, amma əvvəlkindən daha böyük və güclü olacaq və heç kim bunu istəmir!”, - deyə Amerika lideri qeyd edib.