Vətəndaşlara sosial yardım düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən Eyvaz Niftalıyev və Ramis Hümmətovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
"Unikal"ın məlumatıa görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Hökmə əsasən, Eyvaz Niftalıyevə 9 il 11 ay 29 gün, Ramis Hümmətova isə 8 il 11 ay 28 gün cəza təyin edilib. Lakin onun himayəsində azyaşlı uşaq olduğu və onu təkbaşına böyütdüyü üçün onun cəzası təxirə salınıb.
Xatırladaq ki, dövlət ittihamçısı Vüsal Mehrəliyev məhkəməyə Eyvaz Niftalıyevin 12 il, Ramis Hümmətovun isə il 11 müddətinə azadlıqdan məhrum edilməklə məhkəmə zalından həbs olunmasını təklif edib.
Qeyd edək ki, onlara qarşı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu









































.jpg)








.jpg)

