Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən üzv təşkilatların əməyin mühafizəsi üzrə məsul şəxslərlə görüşlər davam etdirilir.
"Unikal" xəbər verir ki, növbəti görüş Binəqədi Rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasına daxil olan tibb müəssisələrində əməyin mühafizəsinə cavabdeh şəxslərin iştirakı ilə keçirilib.
Görüş zamanı tibb müəssisələrində əməyin mühafizəsi sahəsində mövcud vəziyyət müzakirə olunub, bu istiqamətdə məlumatlandırmanın artırılması, məsul şəxslər arasında əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsinin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.
