Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər 8 nömrəli tam orta məktəbinə yeni direktor təyin olunub.
"Unikal" den.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Mehdiyeva Zaminə Bəhmən qızı təyin edilib. Zaminə Mehdiyeva ixtisasca biologiya müəllimidir və pedaqoji fəaliyyətinə 2015-ci ildən başlayıb.
Qeyd edək ki, Zamniə Mehdiyevanın babası Qubadlı rayonu Novlu kənd sovetinin sədri Mehdiyev Mehdi Qasım oğlu 1989-cu ildə ermənilər tərəfindən əsir götürülərək 4 aydan sonra vəhşicəsinə qətlə yetirilib və Qubadlının ilk şəhidlərindən biridir.
Atası, tarix müəllimi Mehdiyev Bəhmən Mehdi oğlu atasının ölümündən sonra polis sıralarına qoşulmuş, könüllü olaraq torpaqlarımızın müdafiəsində iştirak edərək döş nişanı və medallarla təltif olunub, 26 oktyabr 1992-ci ildə Basarat kəndinin Topağac yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub və ölümündən sonra “Vətən uğrunda” medalına layiq görülüb.
Zaminə Mehdiyevanın qardaşı hüquqşünas Mehdiyev Zamin Bəhmən oğlu Vətən müharibəsində yaralanıb, ”Cəbrayılın azad olunmasına görə“, ”Vətən müharibəsi iştirakçısı“ və “Vətən uğrunda“ medalları ilə təltif olunub.
