Bu gün Mir Məhəmməd Ağanın anadan olmasından 80 il ötür.

"Unikal" xəbər verir ki, bu münasibətlə Qubadlı rayon İcra Hakimiyyəti tərəfindən tədbir keçirilib.

Xatırladılıb ki, Mir Məhəmməd Ağa 1946-cı ildə Qubadlı rayonunun Mirlər kəndində anadan olub. Mir Məhəmməd Ağa 1962-ci ildə Dondarlı kənd orta məktəbini bitirmiş, elə həmin ildə Azərbaycan Tibb Institutuna qəbul olub. 1968-ci ildə Institutun müalicə-profilaktika fakultəsini bitirdikdən sonra Qubadlı rayon Mərkəzi xəstəxanasında əsəb həkimi işləmişdir. Mir Məhəmməd Ağa gözəl həkim, kəramətli seyid kimi hamının hörmətini qazanmışdır. Həmişə onun amalı xalqına xidmət etmək, xeyirxah işlər görmək və qurub yaratmaq olmuşdur. Qubadlı rayonunda Bərgüşad çayının üzərindən iki körpü salmış, Sarı Aşığın sevgilisi Yaxşının uçub dağılmaqda olan qəbrini düzəltmiş və ona gözəl bir abidə qoymuşdur. 

Mir Məhəmməd Ağa Mir Sədi Ağa oğlu çox gənc yaşında 1982-ci il may ayının 15-də dünyasını dəyişib.