Daha bir itkin döyüşçünün nəşi müəyyən edilib.
"Unikal'ın məlumatına görə, Kərimov Şahin Heydər oğlu 4 aprel 1993-cü ildə ağır döyüşlər zamanı itkin düşmüşdü.
Şahin Kərimov 16 dekabr 1973-cü ildə Mingəçevir şəhərində anadan olub. O, Qarabağ döyüşlərində Vətənin müdafiəsində iştirak edib.
Vida mərasimi 19 fevral tarixində Mingəçevir şəhərində keçiriləcək və o Mingəçevir Şəhidlər Xiyabanında dəfn ediləcək.
Ehtiram Muradov
