Deputatın fəaliyyətinin təmin edilməsi məqsədilə onun köməkçiləri ola bilər.
"Unikal" xəbər verir ki, bu Ali Məclisin fevralın 18-də keçiriləcək plenar iclasının gündəliyində yer alan qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, deputatın köməkçiləri Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına saxlanılacaq.
Deputatın köməkçisinin işə qəbulu Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənəcək.
Həmçinin, deputatın köməkçisinə aid əlavə tələblər Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin qərarı ilə müəyyən ediləcək.
Anar Kəlbiyev
