İlin ilk Günəş tutulması başlayıb və 18:27-də başa çatacaq.
Bu barədə "Unikal"a Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Günəş tutulmasının maksimum fazası 16:12-yə təsadüf edəcək.
Bu tutulma əsasən Antarktida üzərindən müşahidə olunur.
Tutulmanın növü müşahidəçinin mövqeyindən asılı olduğuna görə Argentina, Madaqaskar, Cənubi Afrika Respublikası, Tanzaniya, Zimbabve, Namibiya, Seyşel adaları, Mozambik, Çili, Botsvana, Malavi, Zambiya, Cənubi Corciya və Cənubi Sendviç adaları, Mavriki, Reyunion, Lesoto və digər bir sıra ölkələrdə görünür.
Qeyd edək ki, Günəş tutulması zamanı Ay Günəşlə Yer arasına keçərək Günəşdən gələn şüaların Yerə çatmasının qarşısını alır. Nəticədə Yer səthinin müəyyən hissələrində Ayın kölgəsi yaranır və tutulma müşahidə olunur. Günəş tutulması yalnız yeni Ay fazasında baş verir.
*** 11:40
Bu gün Günəş tutulması hadisəsi olacaq.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
“İlk yarımkölgənin Yerə düşməsi Moskva vaxtı ilə saat 12:58-də (Bakı vaxtı ilə 13:58-də) olacaq. Halqavari faza 14:44-dən 15:37-dək davam edəcək. Pik mərhələ isə 15:13-ə təsadüf edir”, – deyə məlumatda bildirilir.
