"KLM”, “Air France”, və “British Airways” Yaxın Şərq ölkələrinə gecə uçuşlarını ləğv edib.

"Unikal" xəbər verir ki, bu barədə aviaşirkətlərin açıqlamalarında deyilir.

Belə ki, “Air France” Dubaya və Tel-Əvivə olan iki uçuşu, “British Airways” axşam Dubaya olan uçuşunu,“KLM” isə İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə olan uçuşlarını ləğv edib.