Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən görüş başa çatıb.

"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezidenti Aparatının sözçüsü Sergey Nikiforov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, prezidentlər təkbətək söhbət ediblər. Ümumilikdə görüş bir saatdan bir qədər çox davam edib.

Ukrayna Prezidentinin kommunikasiya məsələləri üzrə müşaviri Dmitri Litvin iki prezidentin görüşünü “yaxşı” kimi qiymətləndirib.

*** 16:44

Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında Davosda görüş başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat yayıb.

***14:09

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Davosa gedib. 

"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat verib.

Nikiforov qeyd edib ki, "Ukrayna prezidenti Dünya İqtisadi Forumunda iştirak etmək və Prezident Trampla görüşmək üçün İsveçrədədir".

Gülayə Mecid