Tovuzda qadına kəsici alətlə xəsarət yetirilib.

"Unikal"ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Dönüq Qırıqlı kəndi körpələr evində baş verib. Körpələr evinin müdirəsi 1982-ci il təvəllüdlü Ş.Abdullayeva keçmiş əri tərəfindən qəfil hücuma məruz qalıb. Nəticədə  qadın kəsici alətdən xəsarət alıb. Dərhal qadına yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, hadisə iş vaxtı baş verib. Xəsarət alan Ş.Abdullayeva 2 il əvvəl həyat yoldaşından ayrılıb, onların  bu nikahdan  3 övladı var.

Baş  verən hadisə ilə bağlı polis araşdırmaya başlayıb.

Tural Əhmədov