"Lester"in müdafiəçisi Vaut Faes karyerasını Fransada davam etdirəcək. "Monako" belçikalı futbolçunu icarəyə götürüb.

"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı mərkəz müdafiəçisi mövsümün sonuna qədər Liqa 1 təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, "Lester" Vaut Faesi 2022-ci ilin yayında "Reyms"dən transfer edib. Belçika millisinin üzvü bu mövsüm "tülkülər"in heyətində meydana çıxdığı 16 rəsmi matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.