Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Türkistan" qəzetinə müsahibə verib. 

"Unikal" qəzetə istinadən yazır ki, müahibəsində Tokayev MDB liderlərinin fiziki hazırlığından danışıb, Azərbaycan Prezidenti İlham Əliyevin fiziki hazırlığını xüsusi qeyd edib.

Belə ki, jurnalistin "Bəs MDB üzrə həmkarlarınızdan hansıları sizin kimi idmançı ruhludur?", sualına Tokayev:

"Putin bu yaxınlarda Bişkekdə keçirilən qeyri-rəsmi tədbir zamanı gənc cüdoçuya qarşı görüş keçirdi. Əliyev də fiziki cəhətdən güclüdür, işin incəliyini bilə-bilə mütəmadi məşq edir. Japarov futbol oynayır. Mirziyoyev də yaxşı formadadır, o da idman zalında məşq edir. Paşinyan velosiped sürür. Məlum olub ki, Lukaşenko hələ də xokkey oynayır. Rəhmon da sağlamlığından şikayət etmir - döyüşçü-dənizçi möhkəmliyinə malikdir. Yəni bütün həmkarlar əla formadadır", - cavabını verib. 

Gülayə Mecid