Misli Premyer Liqasının XIV turunun “Qəbələ” – “Turan Tovuz” oyunu təxirə salınıb.

"Unikal" xəbər verir ki, qatı duman səbəbindan dayandırılan görüşün bu gün oynanılmamasına qərar verilib.

Baş hakim Tural Qurbanovun 23-cü dəqiqədə dayandırdığı qarşılaşmada hesab açılmayıb.

Qeyd edək ki, matçın sabah qaldığı yerdən davam etdiriləcəyi gözlənilir.

*** 17:37

Misli Premyer Liqasının XIV turunda keçirilən “Qəbələ” – “Turan Tovuz” oyunu dayandırılıb.

"Unikal" xəbər verir ki, buna qatı duman səbəb olub. Hakim matçın 23-cü dəqiqəsində görüşü saxlayıb.

Hələlik qarşılaşmada hesab açılmayıb.