Basketbol üzrə Avroliqada bu gün keçirilməsi nəzərdə tutulan “Olimpiakos” (Yunanıstan) - “Fənərbağça” (Türkiyə) oyunu təxirə salınıb.

"Unikal" xəbər verir ki, güclü yağış səbəbindən arenanın damında sızma olub. Buna görə də matç təxirə salınıb.

Qarşılaşmanın hansı tarixdə təşkil olunacağı bəlli deyil.