Xəbər verdiyimiz kimi, dünən AXCP sədri Əli Kərimli və həmin partiyanın üzvü Məmməd ibrahimin evlərində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən axtarış aparılmış, daha sonra onlar DTX-yə aparılaraq orada dindiriliblər.

"Unikal"ın əldə etdiyi məlumata görə, bu gün hər iki şəxs PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı DTX-də davam edən cinayət işi üzrə artıq şübhəli şəxs qismində istintaqa cəlb ediliblər. Hələlik onlara ittiham elan olunmayıb.

Seymur Əli