Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında (WTDC-25) iştirak məqsədilə ölkəmizdə səfərdə olan İranın rabitə və informasiya texnologiyaları naziri Səttar Haşemi ilə görüşüb. 

"Unikal" xəbər verir ki, görüşdə iki ölkə arasında İKT sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Tərəfdaşlığın gücləndirilməsi ilə bağlı işçi qrupun yaradılması və normativ hüquqi bazanın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. 

Görüşdə son zamanlar iki ölkə arasında İKT sahəsində, xüsusilə tezliklərin koordinasiyasında əldə olunan uğurlu əməkdaşlığın davam etdirilməsi razılaşdırılıb.

***

Rəşad Nəbiyev Bakıda səfərdə olan Malayziyanın rabitə naziri Datuk Ahmad Fahmi Mohamed Fadzil ilə də görüş keçirib.

Görüşdə iki ölkə arasında İKT sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Xüsusilə 5G, data mərkəzləri və rəqəmsal iqtisadiyyat sahəsində təcrübə mübadiləsi, bu məqsədlə azərbaycanlı mütəxəssislərin qısa zamanda Malayziyaya ezam olunması barədə razılıq əldə olunub.

***

Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikasının informasiya texnologiyaları və telekommunikasiya üzrə federal naziri Şaza Fatima Xavaja ilə görüş keçirib.

Görüşdə Azərbaycanda innovasiya və rəqəmsal inkişaf sahəsində həyata keçirilən yeniliklər haqqında müzakirələr aparılıb. İKT sahəsində normativ hüquqi bazanın genişləndirilməsi və müvafiq sahədə birgə layihələrin icrası məqsədilə işçi qrupun yaradılmasına dair razılıq əldə olunub.