Sumqayıt şəhərində 1000 abonentin qaz təchizatı dayandırılacaq.

"Azəriqaz" İB Sumqayıt QiS-dən "Unikal"a verilən məlumata görə, Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisində yerləşən 3 və 5 nömrəli məktəblərin qaz xəttinin şəbəkəyə qoşulması ilə bağlı bu gün saat 11:00-dan etibarən ərazidəki 1000 abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq.

Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.