Almaniyanın şərqindəki Foqtland bölgəsi üzərində səmada naməlum hava obyekti görünüb.

"Unikal" xəbər verir ki, bu barədə DPA xəbər agentliyi məlumat dərc edib. 

Bildirilir ki, naməlum obyekti görən sakinlər polisə məlumat veriblər. Hüquq-mühafizə orqanları və xilasedicilər sakinlərin obyekti aşkar etdiyi ərazidə axtarış aparıblar. Axtarış zamanı helikopter, dron və hətta iyləyici itlərdən istifadə edilib. Alman hüquq-mühafizə orqanları daha sonra məsləhət almaq üçün Almaniya ilə həmsərhəd olan Çexiyadakı həmkarları ilə əlaqə saxlayıblar. Polis hadisənin videogörüntülərini əldə edib. Lakin obyektin özü hələ də tapılmayıb. Hadisə nəticəsində maddi ziyan qeydə alınmayıb. Obyektin nə olduğu və sonradan hara yoxa çıxdığı hələlik məlum deyil.