"Everton"da yeni müqavilə qeydə alınıb.

"Unikal" xəbər verir ki, İngiltərə klubu qapıçı Cordan Pikfordun sözləşməsini uzadıb. Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İngiltərə millisinin üzvü ilə 2029-cu ilin yayına qədər sözləşmə imzalanıb.

Qeyd edək ki, "Everton" Cordan Pikfordu 2017-ci ilin yayında "Sanderlend"dən transfer edib. 31 yaşlı qolkiper bu mövsüm "mavilər"in heyətində 7 rəsmi matçda  meydana çıxıb.