Xəbər verdiyimiz kimi, Şəmkirdə dəhşətli qətl hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, ər və arvad arasında boşanmaq məsələsi üzərində mübahisə düşüb. 54 yaşlı A. Hacıyev həyat yoldaşı, 40 yaşlı R. Hacıyevanın boğazını bıçaqla kəsib. Qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, cütlüyün üç övladı var.

XXX

20:45

Şəmkirdə dəhşətli qətl hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, rayon sakini, 40 yaşlı R. Hacıyeva həyat yoldaşı tərəfindən öldürülüb. Hadisədən sonra qətl törədən şəxs özünə xəsarət yetirib və polis tərəfindən saxlanılıb.

Fakt araşdırılır.

Tural Əhmədov