Gədəbəy rayonunda ölümlə nəticələnən qəza baş verib.
Unikal.org-un Qərb regionu üzrə bölgə müxbirinin verdiyi xəbərə görə, Gədəbəy rayonunda sürücü idarəetməni itirərək traktoru aşırıb. Nəticədə sərnişin 1980-ci il təvəllüdlü Məmmədov Seymur İsa oğlu hadisə yerində dünyasını dəyişib, sürücü 1974-cü il təvəllüdlü Zeynalov Murad Əhməd oğlu ağır yaralanıb.
Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
İlkin məlumata görə hadisə "İsgəndər qalası" adlanan ərazidə baş verib.
Qəzaya səbəb qarlı hava şəraiti göstərilir.







.jpg)










.jpg)




































