Göyçay rayonunda yanğın olub.
Unikal.org-un xəbərinə görə, hadisə bu gün səhər saat 7:00 radələrində Qaraməryəm-İsmayıllı yolunun kənarındakı "Kəpənək" adlı kafedə qeydə alınıb. Sahibkar, 1991-ci il təvəllüdlü Əhmədov Əhməd Teymur oğluna məxsus ümumi sahəsi 140 kvadratmetr sahəsi olan kafedə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin bir yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı xəsarət alan olmayıb. Kafenin ümumilikdə 30 kvadratmetrlik hissəsi yanıb, qalanı alovdan mühafizə edilib.































.webp)



.jpg)
















