Rusiya Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Dairəsinin sülhməramlı briqadasının mühəndis-istehkamçı bölmələrinin hərbçiləri Azərbaycanın Qarabağ bölgəsinə gətirilir.
Unikal.org xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyinin Mətbuat Xidməti yayıb.
Məlumata görə, hərbçilərin nəqli İl-76 təyyarəsi ilə gerçəkləşdirilir. İstehkamçıların Qarabağda ərazilərin, yolların və obyektlərin minalardan təmizlənməsi ilə məşğul olacağı bildirilib.
Partlayış təhlükəsi olan predmetlərin axtarışı və aşkar edilməsində xidməti itlərdən istifadə ediləcəyi qeyd edilib.
































.jpeg)

















.jpg)







