UEFA Çempionlar Liqasında sonuncu finalçının adına aydınlıq gəlib.
Unikal.org xəbər verir ki, yarımfinalda Fransa "Lion"nunu 3:0 hesabı ilə məğlub edən Almaniyanın "Bavariya" klubu həlledici oyuna vəsiqə qazanıb.
Bundesliqa çempionuna qələbə qazandıran qolları Serj Qnabri və Robert Levandovski vurublar. Almaniyalı yarımmüdafiəçi əvvəlcə 18-ci dəqiqədə uzaq məsafədən qüvvətli zərbə ilə baxımlı qola imza atıb. 25 yaşlı futbolçu 15 dəqiqə sonra dubl edib. Levandovski isə 88-ci dəqiqədə matçda yekun hesabı müəyyənləşdirib.
Beləliklə, "Bavariya" bu nəticədən sonra finalda Fransa PSJ-sinə rəqib olub.
"Bavariya" finalda PSJ-yə rəqib oldu
00:56 20-08-2020
İDMAN
XƏBƏR LENTİ
20:36
17:45
17:41
17:36
17:33
16:35
15:48
15:19
14:51
14:45
13:44
13:30
12:55
11:41
Daha çox yüklə

























































