Samuxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun İnstitut qəsəbəsində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" markalı avtomobilin kombaynla toqquşması nəticəsində minik maşınının sürücüsü - 23 yaşlı Çağırqanov Elnur və sərnişini 22 yaşlı Ləman Süleymanzadə hadisə yerində ölüblər. Məlumata görə, hadisə zamanı ölən sürücü Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşıdır.
Faktla bağlı araşdırma aparılır.















.png)












.jpg)

















