Xudat şəhəri ərazisində bıçaqlanma hadisəsi baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, bıçaq xəsarətləri alan 1996-cı il təvəllüdlü İslam Telman oğlu Eyyubov və 1997-ci il təvəllüdlü Samir Sabir oğlu Aydəmirov Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Yaralılar cərrahi əməliyyat olunub, vəziyyətləri ağır qiymətləndirilir.
Hadisənin hansı şəraitdə baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

























.jpeg)




























