Sabirabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org-un report-a istinadən məlumatına görə, rayonun 1988-ci il təvəllüdlü Şıxsalahlı kənd sakini Paşayev Xəyal İmran oğlu sözügedən kənddə yolukeçərkən onu maşın vurub.
Ağır bədən xəsarətləri alan piyada Şirvan Şəhər Xəstəxanasına aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.















.jpg)








.png)
























