Doğma yurduna qayıtmaq üçün altı ay əvvəl Qaçqın və Məcburi Köçkünlərin İşləri üzdə Dövlət Komitəsinə müracit edir. Əslən Laçından olan Ramiz Əhmədov Komitənin Aparat rəhbəri və işğaldan azad olunmuş Ərazilərdə daimi məskunlaşmanın təşkili üzrə komissiyanın sədri Eldar Zeynalovla görüşür.
"Unikal" "Xezerxeber.az"a istinadən xəbər verir ki, ona bildirilib ki, qaydaya uyğun qəbul şöbsində ərizə yazıb qayıdış üçün qeydiyyata düşməlidir, növbəsi çatanda onu da çağıracaqlar.
Daha sonra Sabunçu rayon Pirşağı qəsəbəsi "Məşəl" düşərgəsində məskunlaşan Əhmədovlar ailəsinə zəng gəlir. Elə başına gələnlər də bundan sonra başlayır.
Daha sonra doğma xalası oğlu Sabir və onun Xəqani adlı dostu vətəndaşa 9 min manat müqabilində Qarabağa qayıdışını təmin edəcəyinə təminat veriblər:
“Dedi ki, köç pulladır. Mən də getdim girdim banka 9 min pul götürdüm. 5 min bir verdim, sonradan isə 2 min, 2 min. Dedi ki, “balam ölsün pulu ver, ev sənindir”.
Vətəndaş iddia edir ki, sözügedən şəxslər Komitənin Aparat rəhbəri və işğaldan azad olunmuş Ərazilərdə daimi məskunlaşmanın təşkili üzrə komissiyanın sədri Eldar Zeynalovla yaxın dost münasibətində olduqlarını da bildiriblər:
“Zəng etdi, dedi “Ramiz haradasan” dedim, evdə. Dedi “dərhal get “Qaçqınkom”a. Getdim orada müəllimlə söhbət elədim, dedi ki, “mən bilmirəm, get pulunu al”.
Vətəndaşın şikayəti ilə bağlı komitədən bildirilib ki, pulu qurum rəsmiləri adından onun yaxın qohumları alıblar.
DİN-in mətbuat xidmətindən isə bildirilib ki, məsələ nəzarətə götürülüb.









.jpg)








.jpg)



.jpg)



.jpg)





.jpg)










.jpg)












