Samuxda bıçaqlanma hadisəsi qeydə alınıb.
"Unikal" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarabağlar kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1993-cü il təvəllüdlü A. Qurbanova bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib.
Dərhal ona yardım edilib, hazırda onun vəziyyətinin kafi olduğu bildirilir.
Araşdırma zamanı məlum olub ki, A. Qurbanovaya tanışı 1998-ci il təvəllüdlü P. Tağıyeva bıçaqla xəsarət yetirib.
Məlumata görə, hadisə qadınlar arasında qısqanclıq zəminində baş verib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.





.jpg)








.jpg)



.jpg)



.jpg)





.jpg)










.jpg)












.jpeg)



