İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində sünni ruhani öldürülüb.

"Unikal" xəbər verir ki, bu barədə Sərbaz rayon administrasiyası məlumat yayıb. 

Administrasiyanın açıqlamasında deyilir:

"Rayondakı sünni ruhanilərinin hörmətli və tanınmış nümayəndələrindən biri, müəllim Bəşir Salahzehi terror hücumunun qurbanı oldu və öldü".

Məlumata görə, hadisə Sərbaz-İranşəhr yolunda baş verib. Qətlin təfərrüatları barədə əlavə məlumat verilməyib.