Dünyaca məşhur müğənni və aktrisa Cennifer Lopez səhnə tərzi və şəxsi həyatı ilə tabloid dünyasının mərkəzində olmağa davam edir.

"Unikal" xəbər verir ki, məşhur ulduz illər əvvəl oğlu Maksın ona geyimləri ilə bağlı şikayət etdiyini açıqlayıb. 

Dryu Barrimorun "The JLo Show" adlı səhnə sənədli filmini tanıtmaq üçün verilişinə qonaq kimi qatılan Lopes, təxminən on il əvvəl oğlunun səhnə tərzi haqqında verdiyi maraqlı bir şərhi paylaşıb. 

"On il əvvəl Las-Vegasda ilk şoumun açılış gecəsi idi. Uşaqlarımın cəmi yeddi yaşı var idi və səkkiz yaşı tamam olmaq üzrə idi. Tamaşam bitəndə oğlum Maks yanıma gəldi. Onun “Şou əla idi!” deməsini gözləyirdim, amma o, əvəzində soruşdu:

“Ana! Niyə səhnədə heç vaxt şalvar geyinmirsən?”

Mən də cavab verdim: “Hə, bu sənin üçün bir az qəribə olmalıdır”.

Lopez oğluna verdiyi cavabı belə xatırlayıb:

 "Mən ifaçıyam. Mən rəqqasəyəm, şou qızıyam. Mənim peşəm bunu tələb edir'".