Azərbaycanda tələbə bədbəxt hadisə nəticəsində ölüb.

"Unikal" Oxu.az-a istinadən xəbər verir ki, Həsən Əlili binanın 5-ci mərtəbəsindən yıxılıb.

O, Dövlət İdarəçilik Akademiyasının tələbəsidir. H.Əlili ali məktəbə qəbul imtahanlarında yüksək nəticə (652 bal) göstərib.

Hadisənin təfərrüatı dəqiqləşdirilir.