Puerto-Rikonun San-Xuan şəhərində keçirilən 75-ci “Kainat gözəli 2026” (Miss Universe 2026) müsabiqəsinin qalibi müəyyənləşib. 

"Unikal" xəbər verir ki, hər il keçirilən yarışmanın qalibi 27 yaşlı Puerto-Rikolu Cennifer Barreto olub. 

Dominikan Respublikasından Melissa Nunez birinci, Venesueladan Klara Veqas isə ikinci yeri tutub. Filippin və Yeni Zelandiya da ilk beş finalçı arasında yer alıb.

Bu il yarışmada 116 qadın yarışıb. 

Barreto 20 il ərzində bu titulu qazanan ilk Puerto Rikoludur. O, psixologiya üzrə bakalavr və psixologiya və sosial iş üzrə magistr dərəcələrinə malikdir. 2021-ci ildə o, Ailə Müdafiəsi Proqramında müəllim və böhranlara cavab mütəxəssisi kimi Texas ştatının Fort Kavazos şəhərində ABŞ ordusuna qoşulub. O, məişət zorakılığı və uşaq istismarı qurbanlarına dəstək olub, həmçinin hərbçi ailələri ilə işləyib.