Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə yeni Konstitusiyanın qəbul edilməsindən sonra Azərbaycanla sülh sazişinin imzalanacağını və ratifikasiya ediləcəyini bildirib.
"Unikal" xəbər verir ki, Paşinyan bunu ölkənin yeni Konstitusiya layihəsinin dərc olunması ilə əlaqədar xalqa müraciətində deyib.
"Yeni Konstitusiyanın qəbulu məsələsində bütün siyasi, insani və mənəvi etimadımı ortaya qoyuram. Bildirirəm ki, yeni Konstitusiya qəbul edildikdən sonra Azərbaycanla sülh sazişini nəinki imzalayacaq və ratifikasiya edəcəyik, həm də institusional, uzunmüddətli və dönməz sülhə nail olacağıq. Bu, misilsiz hadisədir. Çünki həm sülhümüz, həm də müstəqilliyimiz olacaq. Bu isə dövlətimiz üçün yeni vəziyyətdir",- deyə Ermənistanın Baş naziri bildirib.
Paşinyan müxalifəti bir daha konstitusiya dəyişiklikləri ilə bağlı referendumun keçirilməsinə səs verməyə çağırıb.
Baş nazir bəyan edib ki, xalq referendumda Konstitusiya dəyişikliklərinə “yox” deyərsə, o, vəzifəsindən istefa verəcək. Əgər vətəndaşlar dəyişiklikləri dəstəkləyərək “hə” desələr, Paşinyan səlahiyyət müddətinin sonunadək vəzifəsində qalacaq və bir daha baş nazir postuna namizədliyini irəli sürməyəcək.



_1583402582.jpg)
.jpeg)











































