Mingəçevirdə Birinci Qarabağ müharibəsinin iştirakçısı, qazi Faiq Məmmədov vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Qazinin qəfil ürəktutmasından dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, F.Məmmədov 1992-ci ildə əsir düşüb. O, 2 il 6 ay düşmən əsirliyində qaldıqdan sonra oradan qaça bilib.