Bakı Dövlət Universitetinin (BDU) prorektoru Fərda İmanovun vəzifəsindən azad edilməsi ilə bağlı yayılan xəbərə aydınlıq gətirilib.
"Unikal" xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq universitetin mətbuat xidmətinin rəhbəri Kəmalə Quliyeva məlumat verib.
O bildirib ki, Fərda İmanovun vəzifəsindən azad olunması ilə bağlı mətbuatda yayılan məlumat yeni deyil.
K.Quliyevanın sözlərinə görə, o, bir il əvvəl vəzifəsindən azad edilib.
Qeyd edək ki, Fərda İmanov 2021-ci ildən BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsində çalışıb.
*** 20:12
Bakı Dövlət Universitetinin (BDU) prorektoru Fərda İmanov vəzifəsindən azad edilib.
"Unikal" Ölkə.az-a istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bununla bağlı müvafiq əmr imzalayıb.
Coğrafiya elmləri doktoru, professor Fərda İmanov BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsində çalışırdı. O, 2021-ci ildən bu vəzifəni tuturdu.
Fərda İmanov müxtəlif illərdə BDU-nun Hidrometeorologiya kafedrasının müdiri və Coğrafiya fakültəsinin dekanı vəzifələrində çalışıb.





.jpg)













































.jpg)

