Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin sürücüsü iş şəraiti və üzləşdiyi problemlərlə bağlı şikayət edib.
"Unikal"ın məlumatına görə, sürücü bildirib ki, mərkəzə məxsus 99-JC-472 dövlət nömrə nişanlı avtomobilin üzərindəki “TƏBİB” yazısı yol polisi əməkdaşları tərəfindən qanunsuz hesab edilərək sökülüb. Bundan sonra avtomobil duracağa yerləşdirilib, sürücü isə 30 manat məbləğində cərimələnib.
Onun sözlərinə görə, hazırda rəhbərlik həmin cərimənin onun tərəfindən ödənilməsini tələb edir:
“Mənim əməkhaqqım cəmi 599 manatdır. Məni təcili yardım adı ilə gətirib bu avtomobilə təhkim ediblər. Maşında sayrışan işıqlar da yoxdur. Bundan əlavə, istirahət günlərimdə də işə çağırılıram.
Avtomobil qarajında ehtiyat hissələri olmadığı üçün maşının öz hesabıma təmir etdirməyə məcbur qalıram. Belə işləmək olarmı? Aidiyyəti qurumlardan xahiş edirəm ki, məsələni nəzarətə götürsünlər”.
Sürücü qarşılaşdığı problemlərin araşdırılmasını və müvafiq tədbirlərin görülməsini istəyib.
Seymur Əli



.jpg)





.jpg)

.jpg)

.jpg)

.jpg)









.jpeg)
.jpg)
























.png)
.jpeg)



