Noyabrın 6-da Vətən müharibəsi şəhidləri Qurbanov Emil Vaqif oğlunun, Həsənzadə Əbdülhəsən Mirzə oğlunun, İbrahimov Röyal Qulam oğlunun, Əkbərzadə Valeh Asim oğlunun, İsmayılov Taleh Səndəl oğlunun, Əhədli Baloğlan Şakir oğlunun və Həbibli Şəhriyar Vidadi oğlunun anım günüdür.
"Unikal" xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, şəhər İcra hakimiyyəti aparatının kollektivi və ictimaiyyətin nümayəndələri şəhidlərin Şiləvar, Havzova, Vel, Boladi, Gəgiran və Osakücə kənd qəbristanlığındakı məzarlarını ziyarət ediblər. Şəhidlərin məzarı önünə tər çiçəklər düzülüb və ruhuna dualar oxunub.
Taleh Qaraşov şəhid ailələri ilə həmsöhbət olaraq onların qayğı və problemləri ilə maraqlanıb, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb.
Şəhidlərin ailə üzvləri də onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!










.jpeg)























.jpg)





