"Gələn il orta aylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır. Amma regionlarda yaşayan insanların əksəriyyəti 640 manatlıq orta pensiya almır, o median pensiya alır. Ona görə bu artımın median pensiyaya nə qədər təsiri olacaq? İstərdim ki, bu məsələ araşdırılsın. Çünki bu bilavasitə regionda yaşayan pensiyaçılar üçün çox prinsipial xarakter daşıyır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında sosial büdcə zərfinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.
O bildirib ki, son 5 ili analiz etsək, minimum pensiya 200 manatdan 320 manata çatıb, yəni, cəmi 120 manat artıb: "Amma minimum pensiya almaq üçün tələb olunan yığım isə 28 min 800 manatdan 46 min 080 manata çatıb. Qısa müddət ərzində 120 manatın fonunda 17 min manatdan artıq artım var. Biri inzibati artım həddidir, o biri isə iqtisadi artım həddidir. Bu isə xüsusən regionlarda yaşayan insanların minimum pensiya əlçatanlığını azaldır və regionlarda yaşlı nəslin hesabına xeyli dərəcədə yoxsul insanlar formalaşmağa başlayıb. Hesab edirəm ki, bu kifayət qədər ciddi məsələdir, bunun qarşısını almaq üçün ciddi analizlər aparıb orada indeksləşdirmədən və s. istifadə edib pensiyaçılar üçün əlçatanlığı artırmaq laızmdır. Son beş ilin nəticələrinə baxsaq, görərik ki, pensiyaçıların sayı 130 min nəfər azalıb. Amma qocalıq pensiyası alanların sayı isə 180 minə gəlib çatıb. Onlar 220 manat alır ki, bu da yaşayış minimumundan aşağıdır".
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, kapitaldan asılı olmayaraq, bu gün şəxsin 25 il stajı varsa, o pensiya sisteminə düşə bilir:
"Keçən ilə qədər biz kapitalında 1 manat belə vəsaiti olan şəxsə 25 il kapital hədiyyə edirik. Bu il artıq 1 il staj və 24 il kapital hədiyyəsi edirik, növbəti il 2 il staj və 23 il kapital hədiyyəsi olacaq. Yəni, bu kimi mexanizmlərlə biz əhalinin pensiya sisteminə əlçatanlığını dəstəkləyə bilirik".
Anar Kəlbiyev




.jpeg)


















.webp)




















.jpg)


