Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 noyabr Qələbə Günündə Azərbaycana səfər edəcəyini açıqlayıb.
"Unikal" NTV kanalına istinadən xəbər verir ki, o, bunu jurnalistlərə açıqlamasında deyib.
Ərdoğan, həmçinin "Qardaşlığımızın aşa bilməyəcəyi heç bir maneə yoxdur" mesajını da çatdırıb:
"Azərbaycan 8 noyabr Qələbə Gününü qeyd edir. Qeyri-adi bir şey baş verməsə, həmin tarixdə Azərbaycana səfər etməyi planlaşdırıram. Artıq Azərbaycan Prezidenti cənab İlham Əliyevlə telefon danışıqlarım olub. Hər zaman dediyim kimi, Azərbaycanla münasibətlərimiz klassik diplomatik təmaslardan daha da irəli gedir. İki ölkə arasındakı sarsılmaz bağ ortaq tariximizin, mədəniyyətimizin, taleyimizin və inşallah gələcəyimizin məhsuludur. Türkiyə və Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir maneə yoxdur".
Gülayə Mecid
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək.
"Unikal" Oxu.az-a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək.


















.webp)




















.jpg)










