Venesuela müxalifət lideri və Nobel Sülh Mükafatı laureatı Maria Corina Machado bildirib ki, ABŞ gələn il ölkədə prezident seçkilərinin keçirilməsini təklif edib.

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Machado Karakasda keçirilən mətbuat konfransında bildirib ki, "ABŞ Dövlət Katibi Marko Rubio demokratiyaya keçid üçün bir sıra addımlar atıb və bu, prezident seçkilərinin 2027-ci ildə keçiriləcəyini açıq şəkildə göstərir".