Yeni Azərbaycan Partiyasının (YAP) Xəzər rayon təşkilatının Xəzər Tibb Mərkəzi ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş müşavirə keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və Xəzər Tibb Mərkəzinin rəhbəri Mübariz Ağayev çıxış ediblər.
Çıxışlar zamanı Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlərin və qarşıya qoyduğu vəzifələrin siyasi, ictimai və təşkilati əhəmiyyəti diqqətə çatdırılıb. Qeyd olunub ki, dövlət başçısının nitqində müəyyənləşdirilən əsas istiqamətlər Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətinin prioritetlərini, ölkənin ictimai-siyasi həyatında partiyanın rolunu və üzərinə düşən məsuliyyəti bir daha aydın şəkildə ortaya qoyur. Namiq Əhmədov çıxışında partiya üzvlərinin qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində fəal iştirakının, siyasi həmrəyliyin, təşkilati işin gücləndirilməsinin və cəmiyyətlə davamlı əlaqələrin əhəmiyyətini vurğulayıb.
Xəzər Tibb Mərkəzinin rəhbəri Mübariz Ağayev isə çıxışında səhiyyə sahəsində həyata keçirilən islahatlar, əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və bu sahədə çalışan əməkdaşların üzərinə düşən vəzifələr barədə fikirlərini bölüşüb. Bildirilib ki, səhiyyə müəssisələrində çalışan partiya üzvləri öz peşə fəaliyyətləri ilə yanaşı, ictimai-siyasi proseslərdə də fəal mövqe nümayiş etdirməli, dövlət siyasətinin əsas istiqamətlərinin təbliğinə və qarşıya qoyulan məqsədlərin reallaşdırılmasına töhfə verməlidirlər.
Müşavirə qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib. Tədbirin sonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərin partiyanın ərazi təşkilatlarında ardıcıl şəkildə müzakirəsinin, üzvlərin maarifləndirilməsi və təşkilati fəaliyyətin daha da təkmilləşdirilməsi baxımından əhəmiyyəti qeyd olunub.





_1766155543.jpeg)










.jpg)














.jpg)



















