Avropa Birliyi Sülhməramlı Qüvvələrinə (EUFOR) məxsus hərbi helikopter Bosniya və Herseqovinanın şimalındakı Brçko bölgəsində adi əməliyyat zamanı qəzaya uğrayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 11 nəfər yaralanıb. 

Qəzada helikopter tamamilə məhv olub. Göyərtədəki əsgərlərin italyan olduğu bildirilib və İtaliya Baş naziri Giorgia Meloni həlak olanların ailələrinə başsağlığı və həmrəylik mesajı göndərib.