Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov Ermənistanda səfərdədir. 

"Unikal" xəbər verir ki, onu İrəvanın  Zvartnots Beynəlxalq Hava Limanında Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan qarşılayıb.

Türkmənistan Prezidenti BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflərinin 17-ci Konfransında (COP17) iştirak etmək üçün Ermənistana səfər edib.