Braziliyada ildırım Tokantins əyalətindən olan gözəllik kraliçasının həyatına son qoyub.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 22 yaşlı Ana Beatriz Araujo Ferreiranı evinin həyətində ildırım vurub.  Hadisə gözəllik kraliçasının qardaşı qızının saçlarını darayarkən bağçada baş verib. 

Ailəsi onu dərhal xəstəxanaya aparıb, lakin həkimlər onu xilas edə bilməyiblər. Azyaşlı qız isə sağ qalıb. 

Ana doğma şəhəri Almasda məşhur model idi. İyun ayında 27-ci ExpoAlmas sərgisində "Rodeo Kraliçası" adına layiq görülüb. Bu ad təkcə şəhərin ən gözəl qadınına deyil, həm də təşkilatçıların fikrincə, festivalın mahiyyətini və yerli adət-ənənələri ən yaxşı şəkildə əks etdirən qadına verilir.