Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında üçüncü oyununu keçirib.
"Unikal" xəbər verir ki, Ayxan Abbasovun başçılıq etdiyi kollektiv D Liqasının 2-ci qrupunda Litva yığmasını sınağa çəkib.
Bakıda "8-ci kilometr" stadionunda oynanılan qarşılaşma komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 25-ci dəqiqədə Abdulla Xaybulayev vurub.
Bu nəticədən sonra xallarını 5-ə çatdıran Azərbaycan millisi qrupda liderliyi ələ keçirib. Litva 4 xalla ikinci, Lixtenşteyn isə 1 xalla sonuncudur.
Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasında son oyununu noyabrın 13-də səfərdə Lixtenşteynə qarşı keçirəcək.
*** 17:33
UEFA Millətlər Liqasının Azərbaycan - Litva matçında hesab açılıb.
"Unikal" xəbər verir ki, Azərbaycan millisinin heyətində Abdulla Xaybulayev fərqlənib - 1:0.
*** 17:03
UEFA Millətlər Liqasında keçiriləcək Azərbaycan - Litva matçına start verilib.
"Unikal" xəbər verir ki, D liqasının 2-ci qrupunun oyunu 8-ci km stadionunda keçirilir.
Görüşün baş hakimi portuqaliyalı FIFA referisi Qustavo Korreyadır.
*** 16:46
Azərbaycan və Litva milli komandalarının UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək oyunda start heyətləri açıqlanıb.
"Unikal" xəbər verir ki, komandalar matça aşağıdakı "11-lik"lərlə çıxacaqlar.
Azərbaycan: Emil Balayev, Rəhman Daşdəmirov, Rüfət Abbasov, Rahil Məmmədov, Bədavi Hüseynov, Tellur Mütəllimov, Abdulla Xaybulayev, Aleksey İsayev, Toral Bayramov, Oruc Məmmədov, Mahir Emreli.
Baş məşqçi: Ayxan Abbasov.
Litva: Tomas Şvedkauskas, Edqaras Utkus, Modestas Vorobyovas, Artur Doljnikov, Armandas Kuçis, Yustas Lasikas, Vikintas Slivka, Qvidas Gineitis, Vilius Armalas, Rokas Lekiatas, Adrian Lickunas.
Baş məşqçi: Edqaras Yankauskas.

























































