“Turan Tovuz” və Türkiyənin “Fənərbağça” komandaları arasında keçiriləcək yoldaşlıq oyununa maraq böyükdür.
Klubdan "Unikal"a verilən məlumata görə, bu günədək qarşılaşmaya 20 mindən çox bilet satılıb.
Qeyd edək ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.

























































